Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsar oğlunun axtarışları başa çatıb.
O.Soltanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.