Zaqatalada arvadını balta ilə öldürən şəxsin məhkəməsi başlayır

Zaqatalada arvadını balta ilə öldürən şəxsin məhkəməsi başlayır
# 24 aprel 2021 09:05 (UTC +04:00)

Zaqatalada arvadını qətlə yetirməkdə təqsirləndirilən Fazil İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il rayonun Yengiyan kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Zalxa Qədim qızı İsmayılovanın üzərində zorakılıq əlamətləri olan meyiti ailəsinə məxsus fındıq bağında kənd sakinləri tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqan əməkdaşlarının apardığı ilkin araşdırma zamanı Z. İsmayılova əri 1970-ci il təvəllüdlü Fazil Allahverdi oğlu İsmayılov tərəfindən qətlə yetirildiyi məlum olub. F. İsmayılov saxlanılıb. O, həyat yoldaşını balta ilə vurduğunu etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR