Zaqatalada minik avtomobili traktorla toqquşub, iki nəfər xəsarət alıb - FOTO

#
# 16:58
3 may 2021

Zaqatalada minik avtomobili qoşqulu traktorla toqquşub, iki nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib. “VAZ 21074” markalı, 62 BX 676 dövlət nömrə nişanlı minik avtomobili eyni istiqamətdə hərəkət edən qoşqulu traktoru arxadan vurub. Qəza zamanı xəsarət alan “VAZ 21074” markalı avtomobilin sürücüsü və avtomobildə olan qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Zaqatala rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR