Zaqatalada qadını öldürəndən 9 il sonra həbs olunan şəxsə hökm oxunub

Zaqatalada qadını öldürəndən 9 il sonra həbs olunan şəxsə hökm oxunub
# 12 aprel 2021 17:55 (UTC +04:00)

Şəki Ağır Cinayətlər Məhkəməsində evində yaşadığı qadını öldürməkdət təqsirləndirilən Polad İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, prosesdə hökm oxunub.

Hökmə əsasən P. İsmayılov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Zaqatala rayon sakini, 1950-ci il təvəllüdlü Əyyubova Seyran Şakir qızının 24.02.2011-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işinin 9 il sonra açılması təmin edilib.

Peşəkar prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə mərhum Seyran Əyubovanın yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlunun 24 fevral 2011-ci il tarixdə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Seyran Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polad İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR