Abşeronda piyadanı vurararq öldürən sürücü tutulub

Abşeronda piyadanı vurararq öldürən sürücü tutulub

© APA | qandal

# 10 may 2021 14:19 (UTC +04:00)

Mayın 7-də saat 22 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Səadət Xəlilova vurulmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Chevrolet” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini E.İsazadə saxlanılıb.   

Araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR