Abşeronda qadını vuraraq öldürüb qaçan sürücü saxlanılıb - FOTO - YENİLƏNİB - VİDEO

Abşeronda qadını vuraraq öldürüb qaçan sürücü saxlanılıb  - FOTO  - YENİLƏNİB  - VİDEO
# 08 may 2021 01:31 (UTC +04:00)

Abşeronda piyadanı vurub öldürərək hadisə yerindən uzaqlaşan, 99-CF-591 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü Sumqayıt şəhəri ərazisində saxlanılıb.

APA xəbər verir ki, avtomobil cərimə meydançasına, sürücü isə Abşeron Rayon Polis idarəsinə gətirilib.

***

7 may, saat 23:40

Abşeron rayonunda ölüm hadisəsini törədən sürücü ərazidən yayınıb.

APA xəbər verir ki, hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.

1984-cü il təvəllüdlü Xəlilova Səadət Çərkəz qızı “Noil” yanacaq doldurma məntəqəsinin qarşısında yolu keçərkən onu naməlum avtomobil vurub. Daha sonra piyadanın öldüyünü görən sürücü hadisə yerindən yayınıb. Yoldan keçən digər nəqliyyat vasitələri piyadanın üzərindən keçib.

Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.

Ölən şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR