Ağcabədidə yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB - VİDEO

Ağcabədidə yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - <span class="red_color">YENİLƏNİB</span> - <span class="red_color">VİDEO</span>

© APA | Ağcabədi, yol qəzası

# 16 may 2021 20:18 (UTC +04:00)

Ağcabədi rayonunda baş verən yol qəzasında  ölən  və xəsarət alanların kimliyi məlum olub. 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə zamanı sürücü,  1991-ci il təvəllüdlü  Həsənov Mirağa Adişirin oğlu dünyasını dəyişib.

Qəzada Hüsülü kənd sakinləri - 2004-cü il təvəllüdlü Baxışov Coşqun Mirdamət oğlu,  2003-cü il təvəllüdlü Məmmədov Orxan Məhəmməd oğlu və  2006-cı il təvəllüdlü Məmmədov Sənan Elbrus oğlu xəsarət alıb.

***

18:54

Ağcabədi rayonunda baş verən yol qəzası nəticəsində ölən və xəsarət alanlar var.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ 2106" markalı, 06 BG 270 dövlət nömrə nişanlı  avtomobilin idarəetməsi itdiyindən yol kənarındakı beton dirəyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və xəsarət alanların kimliyi araşdırılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR