Ağcabədidə narkotacir tutulub

Ağcabədidə narkotacir tutulub

© APA | marixuana

# 16 may 2021 11:17 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib.  Nəticədə narkotik vasitə olan marixuananın alqı-satqısı ilə məşğul olan Hindarx qəsəbə sakini Sadiq Gözəlov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqramdan artıq marixuana və 10 qramdan artıq çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb. 

Faktla bağlı Ağcabədi RPŞ-də  araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR