Ağdamda işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanılıb

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanılıb

© APA | Ağdamda işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanılıb

# 13 may 2021 10:14 (UTC +04:00)

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, mayın 12-də saat 18 radələrində Ağdam rayonunun Təzəkənd ərazisində qurulmuş nəzarət postundan yayınaraq xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərməklə “UAZ” markalı avtomaşında olan 5 nəfər işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib. Həmin şəxslərin saxlanılması təmin edilərək Ağdam Rayon Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılmaqla, hər biri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR