Ağstafada qadının yaşadığı mənzildə meyiti aşkarlanıb - FOTO - VİDEO

Yaşadığı evdə meyiti aşkarlanan Ələkbərova Çiçək Əli qızı

© APA | Yaşadığı evdə meyiti aşkarlanan Ələkbərova Çiçək Əli qızı

# 16 may 2021 21:10 (UTC +04:00)

Ağstafa rayonunda evdən meyit aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Kənd sakini 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızının meyiti qonşular tərəfindən yaşadığı evdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Qadının meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə aparılıb.

Onun tək yaşadığı bildirilib. İlkin məlumata görə, 62 yaşlı qadın əri tərəfindən öldürülüb. Ç.Ələkbərovanın naməlum şəraitdə boğularaq qətlə yetirildiyi açıqlanıb.

Kənd sakinlərinin sözlərinə görə, qadın 32 ildir ailəli olsa da, övladı olmayıb. Hazırda cinayəti törədən şəxsin və şəxslərin axtarışları istiqamətində əməliyyat axtarışlarına başlanılıb.

Ç.Ələkbərovanın qətlə yetiriləndən sonra evindən qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR