Astarada aptekdən oğurluq edən şəxs tutulub

Astarada aptekdən oğurluq edən şəxs tutulub
# 17 may 2021 11:18 (UTC +04:00)

Astarada aptekdən oğurluq edən şəxs “isti izlər”lə saxlanılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Astara şəhəri ərazisində yerləşən apteklərdən birindən gecə saatlarında 426 manat pulun oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Astara RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara şəhər sakini İ.Əhmədov olduğu müəyyən edilib. Həmin şəxs törətdiyi əməli etiraf edib və oğurladığı pulların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR