Azərbaycan Texniki Universitetinin tələbəsi üç gündür yoxa çıxıb

İlkin Hüseynov

© APA | İlkin Hüseynov

# 14 may 2021 13:21 (UTC +04:00)

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 3-cü kurs tələbəsi itkin düşüb.

APA xəbər verir ki, Şabran rayon sakini Hüseynov İlkin Saleh oğlu mayın 11-də Bakıdan Şabrana gedərkən yoxa çıxıb.

İ. Hüseynovun atası Saleh Hüseynov APA-ya bildirib ki, İlkin sonuncu dəfə may ayının 11-i saat 14:40-da onlarla əlaqə saxlayıb, bundan sonra ondan heç bir xəbər ala bilmirlər: “İlkin sonuncu dəfə mayın 11-də saat 14.40-da Bakıdan yaşadığı Şabrana gedərkən nənəsi ilə danışıb, Siyəzən rayon ərazisində yerləşən Xızır Zində pirinin yaxınlığında olduğunu bildirib və 20 dəqiqəyə evə çatacağını deyib. Ondan sonra bir daha İlkinin telefonuna zəng çatmayıb”.

AzTU-dan bildirib ki, İlkin Hüseynov sonuncu dəfə mayın 8-də onlayn dərslərdə iştirak edib.

Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.

İlkin Hüseynovu görən şəxslərdən 050 479 11 08 nömrəsinə zəng etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR