Azərbaycandan külli miqdarda valyuta çıxarmağa cəhd edən Gürcüstan vətəndaşı saxlanılıb - FOTO

Azərbaycandan külli miqdarda valyuta çıxarmağa cəhd edən Gürcüstan vətəndaşı saxlanılıb - FOTO
# 08 may 2021 10:25 (UTC +04:00)

“Sınıq Körpü” gömrük-keçid məntəqəsində Azərbaycandan Gürcüstana külli miqdarda valyuta keçirməyə cəhd edən Gürcüstan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycandan Gürcüstana daxil olarkən 1988-ci il təvəllüdlü Gürcüstan vətəndaşının idarə etdiyi yük maşınına baxış keçirilərkən gömrük bəyannaməsində elan edilməmiş külli miqdarda xarici valyuta aşkarlanıb.

Qeyd olunub ki, saxlanılan şəxs həmin vəsaiti qaçaq yolla Gürcüstan ərazisinə keçirməyə cəhd göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR