Bakı sakinindən külli miqdarda narkotik götürülüb

narkotik

© APA | narkotik

# 07 may 2021 11:48 (UTC +04:00)

Bakı sakini narkotik vasitə ilə saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi polisi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Alıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR