Bakıda 37 yaşlı qadını avtomobil vuraraq öldürüb

#
# 18:22
16 may 2021

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Sabunçu rayonunun  Kürdəxanı qəsəbəsində qeydə alınıb.
1984-cü  il təvəllüdlü Hədiyyə Yusibovanı yolu keçərəkən minik avtomobili vurub.
Hadisə yerinə təcili yardım briqadası cəlb edilsə də, ağır xəsarət alan qadını  xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR