Bakıda avtomobil müşahidə kamerasının dirəyinə çırpılıb - FOTO

Bakıda avtomobil müşahidə kamerasının dirəyinə çırpılıb - FOTO
# 17 may 2021 03:12 (UTC +04:00)

Bakının Suraxanı rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, yol qəzası Əmircan qəsəbəsində qeydə alınıb.

Səttar Bəhlulzadə küçəsində 99 UU 335 dövlət qeydiyyat nişanlı “NİVA” markalı avtomobilin sürücüsü işıqforu keçərkən idarəetməni itirib, təhlükəsizlik kamerası quraşdırılmış dirəyə çırpılıb.

Nəticədə, müşahidə kamerası sıradan çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR