Bakıda dizayneri cərəyan vuraraq öldürüb

Bakıda dizayneri cərəyan vuraraq öldürüb
# 18 may 2021 09:47 (UTC +04:00)

Mayın 17-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Vahidli Fuad Vüqar oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Nərimanov rayonu, Z.Bünyadov prospektində fəaliyyət göstərən dizayn studiyasında dizayner işləyən 2003-cü il təvəllüdlü Fuad Vahidli iş zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR