Bakıda gözətçini öldürüb, seyfdən 51 min manat oğurlayanların şikayəti təmin edilməyib

məhkəmə

© APA | məhkəmə

# 07 may 2021 10:12 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində qətl və oğurluqda təqsirləndirilən Fuad Yusifli və Sadiq Cəlalovun barələrindəki hökmdən verdikləri apellyasiya şikayətinə baxılıb.

APA xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hakimlər kollegiyasının qərarı ilə təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2020-ci ilin iyun ayında baş verib. Hüseyn Əhmədovun Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər - Tərtər rayon sakini Fuad Yusifli və Kürdəmir rayon sakini Sadiq Cəlalov saxlanılıb.

Aparılmış istintaqla məlum olub ki, adları çəkilən şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, həmin tarixdə mağazanın anbar qapısından içəri daxil olaraq, orada mühafizəçi işləyən Hüseyn Əhmədova yumruqla zərbələr vurmaqla, habelə əllərini, ayaqların və ağzını yapışqan lentlə bağlamaqla onu öldürüblər. Daha sonra isə mağazanın içərisindəki dəmir seyfdən 51 min 292 manat məbləğində pulu götürüb talayaraq, quldurluq ediblər.

Hər iki şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilərkən törətdikləri cinayəti etiraf edib. Onlardan hadisə zamanı mağazadan əldə etdikləri vəsait, həmçinin, mağazanın mühafizə kameraları üçün quraşdırılmış cihazlar maddi sübut kimi götürülüb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1- ci (qabaqcadan əlbir olan bir qrup şəxstərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsin hökmüylə Fuad Yusifli 18 il, Sadiq Cəlalov isə 17 il müddətinə azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR