Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
# 19 may 2021 01:12 (UTC +04:00)

Mayın 18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Suraxanı rayonu ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR