Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub

qadına qarşı dələduzluq

© APA | qadına qarşı dələduzluq

# 14 may 2021 12:35 (UTC +04:00)

Bakı şəhərində qadına qarşı quldurluq edən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 9-da F. İsmayılovaya zor tətbiq edərək telefonunu əlindən alan şəxs tapılıb.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş R. Əşrəfov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR