Bakıda qadının başına dəmir parçası düşərək ölməsi ilə bağlı bir nəfər cinayət məsuliyyətinə cəlb olunub

Namətova Şəfəq Məhərrəm qızı

© APA | Namətova Şəfəq Məhərrəm qızı

# 16 may 2021 15:50 (UTC +04:00)

Bakıda qadının başına dəmir parçası düşərək ölməsi faktı ilə bağlı bir nəfər istintaqa cəlb edilib.

APA xəbər verir ki, həmin cinayət işinin istintaqı başa çatıb və Hüseynov Cavid Həsrət oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

İşə hakim Solmaz Mustafayevanın icraatında baxılacaq.


Qeyd edək ki, bədbəxt hadisə bu il martın 7-də qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızı hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılmış dəmir lövhələrdən biri güclü küləyin təsirindən uçaraq onun üzərinə düşüb. Şəfəq Namətova hadisə nəticəsində ölüb.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR