Bərdədə restoranda xidmətçiləri elektrik cərəyanı vurub, ölən var

meyit

© APA | meyit

# 08 may 2021 10:53 (UTC +04:00)

Mayın 7-də saat 16 radələrində Bərdə rayon sakini Sahib Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Bərdə şəhərində yerləşən “Çinar” restoranında xidmətçi işləyən Sahib Əhmədov və Üzeyir Məmmədov restoranın həyətində təmizlik işləri apararkən hər ikisini elektrik cərəyanı vurub, nəticədə Sahib Əhmədov hadisə yerində ölüb, Üzeyir Məmmədov isə sağ əl nahiyəsindən xəsarət alıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR