Bu il ərzində yol hərəkət qaydalarını pozan 5 mindən çox piyada cərimələnib

Bu il ərzində yol hərəkət qaydalarını pozan 5 mindən çox piyada cərimələnib
# 17 may 2021 12:16 (UTC +04:00)

Bu ilin 4 ayı və mayın ilk 15 günü ərzində piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı 9 min 284 fakt aşkar edilib.

APA-nın xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

O bildirib ki, qeydə alınan qayda pozuntularının 5 min 293-ü Bakının payına düşür: "Bu səbəbdən biz müntəzəm olaraq maarifləndirici tədbirlər keçiririk. Lakin hesab edirik ki, bu istiqamətdə sürücü və piyadaların maarifləndirilməsi önəmlidir. Ani bir diqqətsizlik yol hərəkəti iştirakçılarının xəsarəti ilə nəticələnə bilər”.

N. Piriyev deyib ki, hesabat dövründə 1065 nəfər işıqforun tələblərinə məhəl qoymadan hərəkət zolağına çıxmasına, 2044 nəfər yola yaxınlaşmaqda olan avtomobillərin qarşısına çıxmağa görə, 43 nəfər qırmızı və göy işıq quraşdırılmış nəqliyyat vasitəsi yaxınlaşan zaman yolun hərəkət hissəsini tərk etməməyə görə, 2106 nəfər dəmir yolu keçidi və yolu müəyyən olunmamış ərazidən keçməyə görə cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR