Cəlilabadda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Cəlilabadda avtomobil aşıb, ölən və xəsarət alanlar var
# 13 may 2021 19:38 (UTC +04:00)

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Göytəpə şəhərində baş verib.

"Nissan" markalı minik avtomobilinin aşması nəticəsində sərnişin Qasımzadə Ruqiyyə Məhəmməd qızı ölüb.

Xəsarət alan digər şəxslər tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR