Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb

yol qəzası

© APA | yol qəzası

# 08 may 2021 12:51 (UTC +04:00)

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 7-də saat 16 radələrində Cəlilabad rayonunun Abışabad kəndi ərazisində Təklə kənd sakini E.Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Nihad Nəzərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR