Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb

qəza

© APA | qəza

# 12 may 2021 12:33 (UTC +04:00)

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 12-də saat 01 radələrində Cəlilabad şəhəri ərazisində Uzuntəpə kənd sakini V.Yusubov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həsən Əlilini vurub. H.Əlili hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR