Əhmədli yük stansiyasının ərazisindən oğurluq etmək istəyənlər tutulub

qandal

© APA | qandal

# 12 may 2021 12:27 (UTC +04:00)

Əhmədli yük stansiyasının ərazisindən oğurluq etmək istəyənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 11-də Əhmədli yük stansiyasının ərazisindən 14 ədəd şpal altı, 112 ədəd birləşdirici sırğa, 18 ədəd rels boltlarını və 6 ədəd rels bərkidicisini oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Mustafalı və Ə.Rüstəmov saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR