FHN Hirkan Milli Parkında “Meşələri yanğından qoruyaq” mövzusunda təbir keçirib

FHN Hirkan Milli Parkında “Meşələri yanğından qoruyaq” mövzusunda təbir keçirib

© APA | FHN - Hirkan Milli Parkında tədbir

# 08 may 2021 16:53 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Hirkan Milli Parkının Lənkəran rayonu ərazisində “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Hirkan və Qızılağac Milli parklarının, Lənkəran və Masallı Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları iştirak edib. Toplantı iştirakçılarına ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə üsulları, meşələrdə və meşələrə yaxın ərazilərdə yerləşən içtimai-iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib, mövzu ilə bağlı izahedici stendlər nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçılara “Meşələri yanğından qoruyaq” mövzusunda hazırlanmış yaddaş vərəqələri və kitabçalar paylanılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR