FHN: Ötən sutka ərzində 43 yanğına çıxış olub - VİDEO

FHN: Ötən sutka ərzində 43 yanğına çıxış olub - VİDEO
# 16 may 2021 11:07 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən APA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib, həmçinin Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçasının asılı vəziyyətdə qalması ilə əlaqədar ərazidə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və daş parçası götürülərək təhlükə aradan qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR