“Gədəbəy Mineral Suları” MMC-nin satış təmsilçisi barəsində cinayət işi başlanıb

“Gədəbəy Mineral Suları” MMC-nin satış təmsilçisi barəsində cinayət işi başlanıb
# 16 may 2021 16:17 (UTC +04:00)

“Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon prokurorluğuna müraciət daxil olub. 

Qazax Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılan araşdırma zamanı müəyyən edilib ki, Cavid Məmmədov 2020-ci ilin fevralın 6-dan sentyabrın 30-dək olan dövr ərzində ona etibar edilən firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə edilmiş pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəyib.  

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR