Gəncədə avtomobil səkiyə çırpılıb, ölən və yaralanan var - FOTO

Gəncədə avtomobil səkiyə çırpılıb, ölən və yaralanan var - <span class="red_color">FOTO</span>
# 14 may 2021 16:43 (UTC +04:00)

Gəncə şəhərində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Gəncə-Göygöl-Toğanalı avtomobil yolunun şəhərin Gülüstan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan BWM markalı minik maşını idarə etməni itirib və nəticədə avtomobil yolunun kənarındakı səkiyə çırpılıb. Qəza zamanı sürücü Rəsul Musayev hadisə yerində ölüb. Sərnişin 1990-cı il təvəllüdlü Səyadov Nahid isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR