Gəncədə azyaşlını maşın vurub

Gəncədə azyaşlını maşın vurub
# 13 may 2021 13:43 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Göygöl rayon sakini, 2014-cü il təvəllüdlü Elgün Məmmədovu yolu keçmək istəyən zaman maşın vurub. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR