Gəncədə iki avtomobil toqquşub, ər-arvad xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, ər-arvad xəsarət alıb
# 08 may 2021 18:06 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21 011” markalı avtomobilin təkəri çıxıb. Bundan sonra avtomobil “VAZ 2107” markalı digər avtomobillə toqquşub. Qəza zamanı “VAZ 2107”-nin sürücüsü, 1972-ci il təvəllüdlü Rüstəmov Nəsib Mehdi oğlu və onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Nağıyeva Aida Əli qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR