Gəncədə yeni tikilən ikimərtəbəli ev yanıb - FOTO - VİDEO

Gəncədə yeni tikilən ikimərtəbəli ev yanıb - <span class="red_color">FOTO</span> - <span class="red_color">VİDEO</span>
# 09 may 2021 20:24 (UTC +04:00)

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Burla Xatın küçəsində qeydə alınıb.

İkimərtəbəli fərdi yaşayış evində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in  canlı qüvvəsi və yanğınsöndürən texnikası cəlb olunub.

Yağın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, yanan ev yeni tikildiyindən yaşayış olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR