Goranboy sakini atasını avtomobillə vurub öldürən sürücüyə və onun atasına maşınla xəsarət yetirib - VİDEO

#
# 12:17
19 may 2021

Mətnə video əlavə olunub.

*   *   *

22:00

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşçular kəndində qeydə alınıb. 

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolun kənarı ilə gedən, təxminən 70-80 yaş arasında olan Mütəllim  Salmanovu  vurub. 

Yaşlı kişi hadisə yerində ölüb. Qəzadan sonra M.Salmanovun oğlu tanışına məxsus “VAZ 2106” markalı avtomobillə “Mercedes”in sürücüsü Bəhruz Nağıyevi və onun atasını – 1959-cu il təvəllüdlü Nagıyev Əli Məmməd oğlunu vurub. 

Hadisə zamanı “VAZ 2106” markalı avtomobil idarə edən mərhum M.Salmanovun oğlu ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. 

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR