Goranboy sakini öz itinin hücumuna məruz qalıb

Goranboy sakini öz itinin hücumuna məruz qalıb
# 08 may 2021 17:30 (UTC +04:00)

Goranboy rayon sakini öz itinin hücumuna məruz qalıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndində baş verib. 1962-ci il təvəllüdlü kənd sakini Yusifov Əlövsət İbrahim oğlunu it dişləyib. Məlumata görə, itə yemək verən kənd sakini  qəflətən onun hücumuna məruz qalıb. Ə. Yusifova xəstəxanada zəruri tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR