Goranboy və Sumqayıt sakinlərindən odlu silah götürülüb

tüfəng

© APA | tüfəng

# 11 may 2021 12:18 (UTC +04:00)

Sumqayıt və Goranboy sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə ilə tutulmuş S. Ələkbərovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun Borsunlu kəndindəki yaşadığı evə baxış zamanı oradan “İJ-16” markalı ov tüfəngi və 44 ədəd boş patron aşkar edilərək götürülüb.

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş F. Əsədovdan “AK-74” markalı avtomat, 30 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR