Goranboyda avtomobil kanala aşıb, xəsarət alanlar var-FOTO

yol qəzası

© APA | yol qəzası

# 06 may 2021 14:58 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan “VAZ 21099” markalı minik maşını idarəetməni itirib, nəticədə avtomobil yolun kənarındakı su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini yüngül xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR