Goranboyda piyadanı avtomobil vuraraq öldürüb - VİDEO

Goranboyda piyadanı avtomobil vuraraq öldürüb - VİDEO
# 17 may 2021 21:52 (UTC +04:00)

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 316-cı km-də, rayonun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21015” markalı minik maşını yolu keçmək istəyən Daşkəsən rayon sakini, 1974-cü il təvəllüdlü Elsəvər Allahverdiyevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR