Göygöldə avtomobil idarəetmədən çıxaraq aşıb, 1 nəfər xəsarət alıb - FOTO - VİDEO

Göygöldə avtomobil idarəetmədən çıxaraq aşıb, 1 nəfər xəsarət alıb - FOTO  - VİDEO
# 15 may 2021 21:40 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “NİVA” markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü Azər Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, sürücünün vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, "NİVA"nın sürücüsü təqayüddə olan keçmiş polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR