Göygöldə çaydan meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB - VİDEO

Göygöl - Qoşqar çayı

© APA | Göygöl - Qoşqar çayı

# 07 may 2021 16:45 (UTC +04:00)

Mətnə video əlavə olunub.

* * *

12:23

Göygöldə çaydan meyiti tapılılan qadının kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Qoşqar çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində meyiti aşkar edilmiş qadın Daşkəsən rayonunun Bayan kənd sakini, 1982-ci il təvəllüdlü Mehriban Əziz qızı Həsənovadır. Məlumata görə, qadın ruhi xəstə olub.

***

11.24

Göygöldə çaydan qadın meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR