Göygöldə oğurluq edən şəxslər saxlanılıb - VİDEO

Göygöldə oğurluq edən şəxslər saxlanılıb - VİDEO
# 17 may 2021 14:47 (UTC +04:00)

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hacıməlik qəsəbəsindəki evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Muraz Əzizov və Emin Əsədov Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 740 manat nağd pulu və kompüter avadanlığını oğurlayıblar.

Saxlanılan şəxslər maddi sübutla birlikdə istintaqa təhvil verilib faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR