Güclü külək Goranboyda bir neçə kəndi işıqsız qoyub - VİDEO

Güclü külək Goranboyda bir neçə kəndi işıqsız qoyub

© APA | Güclü külək Goranboyda bir neçə kəndi işıqsız qoyub

# 10 may 2021 13:02 (UTC +04:00)

Ötən gecə axşam saatlarında yağışla müşahidə olunan külək Goranboyun mərkəzində və bir neçə kəndində iri gövdəli ağacları aşırıb. Bundan əlavə külək evlərin dam örtüyünü də uçurub.

Külək rayonun Məmməd Məhərrəmov küçəsi, 14 ünvanında yaşayan 10 nömrəli evin sakinlərinə “süpriz” yaşadıb. İri gövdəli qovaq ağacı həmin ünvanda yerləşən 2 mərtəbəli qəzalı binanın sakinlərindən olan Bəsti Allahverdiyevanın yataq otağına dam örtüyünü dəlib daxil olub. Güclü küləkdən sonra evin dam örtüyü deşildiyindən yağış suları da mənzilə ziyan verib. Məmməd Məhərrəmov küçəsi 14 ünvanında yerləşən 2 mərtəbəli bina 2 il əvvəl təhlükəli vəziyyətə düşdüyündən sakinlərə binanın tərk edilməsi barədə bildiriş verilib. Amma həmin binada yaşayanlar hələ də orada yaşadıqlarını deyirlər. Verilən vədə hələ ki, əməl edilmir.

Qeyd edək ki, güclü külək rayonun Qızılhacılı qəsəbəsində irigövdəli ağacı Goranboy-Tərtər yoluna aşırıb. Həmçinin rayonun Qızılhacılı qəsəbəsi, Balakürd kəndi, Boluslu, Məşədiqaralar, Eyvazlılar,Qazançı, Goranlı, Qarapilmi, Xəsədərli, Qırıxlı, Gülməmmədli kəndləri gecədən səhərə qədər elektrik enerjisiz qalıb.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR