Güclü külək Yevlaxda bir sıra fəsadlar yaradıb - FOTO

Güclü külək Yevlax rayonu ərazisində fəsadlar yaradıb

© APA | Güclü külək Yevlax rayonu ərazisində fəsadlar yaradıb

# 10 may 2021 10:32 (UTC +04:00)

Axşamdan davam edən güclü külək Yevlax rayonu ərazisində fəsadlar yaradıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, xüsusilə də Əkşəm kəndi ərazisində vətəndaşların təsərrüfatına ziyan dəyib. Kənd sakini olan şəhid övladı Cavadov Ramil Ramiz oğlunun həyətində köməkçi tikili və tövlənin damı tamamilə dağılaraq yarasız hala düşüb. Kəndin enerji təsərrüfatı zərər görüb. Elektrik xəttinin üzərinə ağacın düşməsi bəzi istiqamətlərdə enerji fasilələrinə yol açıb.

Eyni zamanda kəndin bulağı tamamən dağılıb. Xaldan şosesinin Əkşəm kəndi yaxınlığından keçən hissəsində yerləşən yanacaq doldurma məntəqəsinin damı da uçaraq qəzalı vəziyyətə düşüb. Hazırda dəymiş ziyanın ümumi miqyası hesablanır və mərhələli şəkildə problemlər aradan qaldırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR