Gürcüstanda kütləvi dava olub - FOTO - VİDEO

#
# 22:14
16 may 2021

Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava düşüb.

APA-nın Gürcüstan bürosu yerli sakinlərə istinadən xəbər verir ki, insident bu gün saat 5 radələrində rayonun  “9 aprel” küçəsində baş verib. 

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib. 

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib. 
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR