Hacıqabul-Sabirabad yolunda qəza olub, dörd nəfər xəsarət alıb - FOTO - VİDEO

Hacıqabul-Sabirabad yolunda qəza

© APA | Hacıqabul-Sabirabad yolunda qəza

# 14 may 2021 14:38 (UTC +04:00)

Hacıqabul-Sabirabad magistralından qəza olub, dörd nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Sabirabad avtomagistralının 10-cu kilometrliyində baş verib.

“Mercedes-Benz” markalı minik avtomobili qoşqulu “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – İmişli sakinləri, 1975-ci il təvəllüdlü Sadıqova Gülnarə Arif qızı, 2003-cü il təvəllüdlü İbayev Sahib Qurban oğlu və 1980-ci il təvəllüdlü Fərəcov Əjdər Oqtay oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Qəzaya səbəb yük avtomobilinin manevr qaydalarını pozaraq dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR