İsmayıllıda ana övladı ilə birlikdə itkin düşüb

İsmayıllıda ana övladı ilə birlikdə itkin düşüb
# 14 may 2021 11:15 (UTC +04:00)

Mayın 4-də İsmayıllı rayon sakini, ailəli, 1997-ci il təvəllüdlü Arzu Ağazadə 5 yaşlı oğlu İbrahimlə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Arzu Ağazadənin əlamətləri – boyu 167 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara və sarıdır. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, yaşıl şalvar və ağ idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və (050) 280-45-00, (050) 205-60-26 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR