Keçmiş məhkumun həyətində çətənə kolu aşkar edilib

Keçmiş məhkumun həyətində çətənə kolu aşkar edilib
# 14 may 2021 20:14 (UTC +04:00)

Qubada narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində 2-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş S.Novruzova məxsus həyətyanı sahəyə baxış keçirilib. 

Əməliyyat zamanı oradan 3 dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə  kolu aşkar edilərək götürülüb.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR