Lənkəranda 3 avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB - VİDEO

Lənkəran, yol qəzası

© APA | Lənkəran, yol qəzası

# 16 may 2021 19:27 (UTC +04:00)

Lənkəranda 3 avtomobilin toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranın "Ləvəngi dairəsi" adlanan ərazisində 3 avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. 1996-cı il təvəllüdlü Fərahim Rza oğlu Nəhmətovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq iki avtomobillə toqquşub. Nəticədə sürücü və daha 5 nəfər - 1996-cı il təvəllüdlü Elnur Mirqədəm oğlu Sadıqzadə, 1987-ci il təvəllüdlü Röyal Ədalət oğlu Sadıqov, 1980-ci il təvəllüdlü Arzuman Möhübbət oğlu Sovqatov, 1962-ci il təvəllüdlü Səmədağa Heybət oğlu Hümmətov və 1962-ci il təvəllüdlü Kürsüm Canəli qızı Kərimova xəsarət alıb.

***

17.15

Lənkəranda 3 avtomobil toqquşub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yol qəzası rayonun "Ləvəngi dairəsi" deyilən ərazisində baş verib. "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq ilk olaraq dayanmış vəziyyətdə olan eyni markalı maşınla, sonra isə "Mercedes" markalı mikroavtobusla toqquşub. Nəticədə azı 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə gələn FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalan sərnişinləri xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR