Lənkəranda evdə 3 kiloqramdan artıq narkotik aşkarlanıb

Lənkəranda evdə 3 kiloqramdan artıq narkotik aşkarlanıb

© APA | Lənkəranda evdə 3 kiloqramdan artıq narkotik aşkarlanıb

# 12 may 2021 15:50 (UTC +04:00)

Lənkəranda yaşayış evində 3 kiloqramdan artıq narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini M.Ağayev saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evin həyətindəki qarajdan bir ədəd torbada 3 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR